Bank Of Baku

Qarabağ və Respublika Uğrunda Hərəkat Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi hazırlayır

Qarabağ və Respublika Uğrunda Hərəkat Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi hazırlayır
# 20 avqust 2009 14:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ və Respublika Uğrunda Hərəkat Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi hazırlamağa başlayıb. Hərəkatda təmsil olunan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, bununla bağlı yaradılan işçi qrupu hazırda layihə üzərində işləyir. Bir müddət əvvəl Müsavat deputat qrupunun parlamentə müvafiq qanun layihəsi təqdim etdiyini deyən A.Hacılı yeni təkliflərin müzakirə mövzusu olduğunu qeyd edib: “Hazırda işçi qrupu mövcud layihə üzərində işləyir. Əgər yeni və fərqli təkliflər ortaya çıxacaqsa, o zaman tam yeni bir layihə hazırlana bilər. Amma belə təkliflər olmayacaqsa, əvvəl irəli sürdüyümüz təkliflərin üzərində dayanacağıq”. A.Hacılı hazırlanacaq yeni layihədə seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması ilə bağlı təklifin də öz əksini tapacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR