Bank Of Baku

Milli Azadlıq Hərəkatının liderindən olan Əbülfəz Elçibəyin vəfatının 9-cu ildönümüdür

Milli Azadlıq Hərəkatının liderindən olan Əbülfəz Elçibəyin vəfatının 9-cu ildönümüdür
# 22 avqust 2009 07:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Milli Azadlıq Hərəkatının liderindən olan Əbülfəz Elçibəyin vəfatının 9-cu ildönümüdür. APA-nın məlumatına görə, Ə. Elçibəy 2000-ci il avqustun 22-də Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında dünyasını dəyişdi. O, Fəxri Xiyabanda dəfn olunub.

Ə. Elçibəy Azərbaycanın müstəqilliyi uğrunda 1988-ci ildən başlayan xalq hərəkatına liderlik edənlərdən olub. Müstəqillik tarixinin aparıcı hərəkatı olan Azərbaycan Xalq Cəbhəsinin sədri seçilib. 1992-ci il iyunun 7-də Azərbaycanda keçirilən prezident seçkilərində ölkənin prezidenti seçilib.

Ə. Elçibəyin hakimiyyəti dövründə Sovet qoşunları Azərbaycandan çıxarılıb, ölkənin milli valyutası dövriyyəyə buraxılıb, ali məktəblərə qəbul imtahanlarında test üsulu tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR