Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalından 16 il ötür
Özünəməxsus təbiəti olan Füzuli rayonunun ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılmış və işğala qədər mühafizə olunub.
1960-80-ci illərdə Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü, tabaşir və yura dövrü sulu komplekslərinin, eləcə də ərazidən keçən çayların məcraaltı sularının ehtiyatı 193 min m3/gün həcmində hesablanıb.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra faktlar aşkarlayıb.
Nazirliyin məlumatına əsasən, geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb. Həmçinin rayonun Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib. Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb.
2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.
Bu gün həm də sahəsi 104980 hektar olan Cəbrayıl rayonunun erməni işğalçıları tərəfindən zəbt olunduğu gündür.
Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb. Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min m3 olan Tulus tuf; ümumi ehtiyatları 5434 min m3 olan Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min m3 olan kərpic istehsalına yararlı Qaracallı gil; ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc; ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı; ehtiyatları 4130 min m3 olan Cəfərabad qum-çınqıl qarışığı; ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları var.
Rayonda yaşları 200-1600 illər arasında olan 14 ədəd iri diametrli şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunurdu.
Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq, məhv edilib.
2006-2007-ci illər ərzində erməni işğalçıları tərəfindən rayonun 16 min hektardan artıq ərazisində yanğınlar törədilib.
Daxili siyasət
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Xəbər Lenti
WSJ: Tramp İrana qarşı hərbi əməliyyatların genişləndirilməsinə meyllidir
Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib
İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb
İran HHM ABŞ-ın "MQ-9 Reaper" pilotsuz aparatını vurub
Tramp: İran saxlanılan ABŞ vətəndaşının ölkəni tərk etməsinə icazə verib
ABŞ İrana qarşı növbəti zərbə dalğasını başa çatdırıb - YENİLƏNİB
Almaniya sənayesində ötən il 177 min iş yeri ixtisar edilib
Zelenski: Yaxın Şərq ölkələri ilə açıqlanmayan razılaşmamız var
SEPAH Fars körfəzində ABŞ-ın hücum infrastrukturuna zərbələr endirdiyini açıqlayıb
Ukrayna dronlarının hücumundan sonra Rusiyanın iri neft-kimya zavodu fəaliyyətini dayandırıb
ABŞ-ın İrana zərbələri nəticəsində 35 nəfər ölüb
Rusiya Ukraynaya ballistik raketlərlə hücum edib, Kiyevdə güclü partlayışlar olub
"Qalatasaray" Mauro İkardi ilə yollarını ayırıb
DÇ-2026: Argentina yarımfinala yüksəlib
Vens: İsraildə ABŞ-İran müharibəsinin uzanmasını istəyən qüvvələr var
Tramp: İrana qarşı zərbələrin genişləndirilməsi ilə bağlı son tarix müəyyən etməmişəm
Vens: ABŞ İranda hakimiyyəti dəyişmək üçün quru əməliyyatı keçirməyəcək
Küveyt İranın raket və PUA-larını zərərsizləşdirdiyini açıqlayıb
İranın üç şəhərində partlayışlar baş verib
Qalibaf: ABŞ-la memorandumun şərtlərinə əməl etmək üçün əsas görmürük
Zelenski: Rusiya ballistik raketlərinə qarşı üç istiqamətdə işləyirik
Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini yenə təsdiqləyə bilməyib
Qalibaf: ABŞ İranı zəiflətməyə və parçalamağa çalışır
Euronews: IV Şuşa Qlobal Media Forumunda jurnalistikanın gələcəyi müzakirə olunub - VİDEO
Şəmkirdə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb - FOTO
Merz ABŞ-ı Almaniyadakı seçkilərə müdaxilə etməməyə çağırıb
ABŞ xarici yardımlarda özəl investisiyalara üstünlük vermək istəyir
Prezidentin Şuşa Forumunda bəyanatı ciddi siqnaldır, indi seçim Avropa Şurasınındır - RƏY
Bəqai: İran hazırda ABŞ ilə danışıqlar aparmağı planlaşdırmır
Mərdəkanda 22 yaşlı oğlan dənizdə batıb
ABŞ Rusiya və İranda bir sıra qurum və şəxslərə sanksiya tətbiq edib
ABŞ İranın Henqam adasına zərbələr endirib
Samuxda 7-si azyaşlı olmaqla 10 nəfər zəhərlənib, araşdırma aparılır- YENİLƏNİB-1
Tramp: İsrailin Livan və Suriyadan çıxması yaxşı olardı
Türkmənistan Prezidenti Gürcüstana səfər edəcək
Milli Məclisin sədri Slovakiya Prezidenti ilə görüşüb
Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb
Rusiya XİN: Ukraynadakı xarici hərbi kontingentlər qanuni hədəf olacaq
Slovakiya Prezidenti “Sea Breeze”lə tanış olub
“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub - FOTO
CENTCOM: İrana tətbiq olunan blokadanı yarmağa çalışan iki gəmi istiqamətini dəyişib
ADA Universitetinin dekanı Balaxanı neftçiləri ilə konstitusiya hüquq və azadlıqları ilə bağlı müzakirə keçirib
Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq
Şirkətin 1,4 milyon manatını mənimsəməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
ƏƏSMN: İcbari tibbi sığorta üzrə xidmətlər tam rəqəmsallaşdırılır
Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
İranın xarici işlər naziri Qətərə gedib
DPA: Drezdendə silahlı şəxs polislərə atəş açıb