Bank Of Baku

YAP bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məqsədi ilə Qaradağ rayon təşkilatında toplantı keçirib

YAP bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məqsədi ilə Qaradağ rayon təşkilatında toplantı keçirib
# 22 avqust 2009 09:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məqsədi ilə Qaradağ rayon təşkilatında toplantı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda rayon fəalları, bələdiyyə seçkilərinə namizədliyi irəli sürüləcək şəxslər və həmçinin təbliğatçılar iştirak edib. Rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov seçkilərlə bağlı qarşıda duran vəzifələr haqqında toplantı iştirakçılarına məlumat verib.

Müzakirələrdən sonra bələdiyyə seçkiləri ilə bağlı YAP Qaradağ rayon təşkilatının 23 nəfərdən ibarət seçki qərargahının yaradılması haqqında qərar qəbul olunub. Eyni zamanda, rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar fəaliyyət planı təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR