Bank Of Baku

BAXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib

BAXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib
# 24 avqust 2009 12:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət, təşkilati və cari məsələlər müzakirə olunub. İdarə Heyətinin üzvləri Rusiya rəsmilərinin Xəzər dənizinin hüquqi statusu və Xəzər hövzəsində həyata keçirilən layihələrlə bağlı təkliflərini müzakirə ediblər. Partiya rəhbərliyi Xəzər dənizi ilə bağlı məsələnin tamamilə fərqli olduğunu bildirib və qeyd edib ki, Xəzər qapalı su hövzəsi olduğu üçün burada həyata keçirilən layihələr yalnız konkret milli sektorlar üzərində suveren hüquqları olan dövlətlər arasında razılaşdırılmalıdır: “Məhz buna görə də əgər Transxəzər layihəsi gerçəkləşdiriləcəksə, kəmər yalnız Azərbaycan və Türkmənistana aid olan ərazilərdən keçəcək ki, bunun da digər sahilyanı dövlətlərə, o cümlədən Rusiyaya heç bir aidiyyəti yoxdur”. BAXCP İdarə Heyəti Xəzərin hüquqi statusu ilə bağlı məsələnin yenidən gündəmə gətirilməsini və bu müstəvidə verilən hüquqa zidd bəyanatları bəzi dövlətlərin bölgədə hegemonluq iddialarından qaynaqlandığını bildirir və hesab edir ki, Azərbaycan heç bir halda öz haqlı mövqeyindən geri çəkilməməlidir.

İdarə Heyətinin iclasında həmçinin, partiyanın bələdiyyə seçkilərinə hazırlığı ilə bağlı müzakirə aparılıb. Seçkilərdə iştirak edəcək namizədlərinin siyahısının hazırlanması istiqamətində qarşıya qoyulan məqsədlərin bir hissəsinin yerinə yetirildiyini bildirən Mərkəzi Seçki Qərargahının üzvlərinin verdiyi məlumata görə, artıq bir çox rayon təşkilatları bu prosesi başa çatdırıblar. Toplantının sonunda bələdiyyə seçkilərinə hazırlıqla bağlı müzakirələrin davam etdirilməsi və müvafiq qərarların qəbul olunması üçün sentyabrın 5-də BAXCP Ali Məclisinin növbəti sessiyasının çağırılması barədə qərar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR