Bank Of Baku

Adnan Hacızadə və Emin Milliyə qarşı daha bir ittiham irəli sürülüb

Adnan Hacızadə və Emin Milliyə qarşı daha bir ittiham irəli sürülüb
# 24 avqust 2009 13:10 (UTC +04:00)
İ. Aşurov deyib ki, gənclərə Cinayət Məcəlləsinin daha bir maddəsi - 127-ci maddə (qəsdən sağlamlığa az ağır zərər vurma) ilə ittiham irəli sürülüb. Onun sözlərinə görə, istintaq bu il avqustun 22-də yekunlaşıb: “Mən və həmkarım Elton Quliyev eyni vaxtda hər iki gənci müdafiə etməyi qərara almışdıq. Hətta bunun üçün müvafiq qurumlardan tələb olunan sənədləri də istintaq orqanına təqdim etdik. Amma cinayət işinin materialları ilə tanış olarkən bildik ki, istintaq orqanı buna imkan verməyib”.
Hazırda İsaxan Aşurov Adnan Hacızadənin, Elton Quliyev isə Emin Millinin vəkilidir.

İsaxan Aşurov və Hikmət Hacızadə istintaqın gedişindən narazı olduqlarını, məhkəmə prosesinin ədalətli keçəcəyinə ümid bəsləmədiklərini də söyləyiblər.

Qeyd edək ki, gənclər bu il iyulun 9-da Bakıda yerləşən “Lebonese” restoranında baş vermiş insidentə görə saxlanılıblar. Onlar Vüsal Məmmədov və Babək Hüseynova qarşı qərəzli xuliqanlıqda ittiham olunublar və barələrində CM-nin 221.2.1 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Səbayel rayon Məhkəməsi A.Hacızadə və E. Milli barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR