Bank Of Baku

MSK-nın növbəti iclası keçirilib

MSK-nın növbəti iclası keçirilib
# 24 avqust 2009 15:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda aşağı seçki komissiyalarının üzvləri üçün kursların keçirilməsi ilə bağlı məsələ müzakirə olunub. MSK sədrinin müavini Svetlana Qasımov bildirib ki, “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na uyğun olaraq bu il sentyabrın 7-də Dairə Seçki Komissiyalarının sədrləri üçün kurslar keçiriləcək. Dövlət İdarəçilik Akademiyasında təşkil olunacaq kurslarda hüquq mühafizə orqanlarının rəhbərləri, Prezident Administrasiyasının şöbə müdirləri, məhkəmə orqanlarının rəhbərləri məruzələrlə çıxış edəcəklər. Sonrakı mərhələdə isə DSK üzvləri və həmçinin məntəqə seçki komissiyalarının üzvləri üçün kurslar təşkil olunacaq.

İclasda həmçinin bu ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı müzakirələr aparılıb və bir sıra normativ aktlar qəbul olunub. MSK katibi Natiq Məmmədov bələdiyyə seçkiləri ilə bağlı 9 yeni təlimatı, 10 təlimata isə əlavə və dəyişikliyi komissiya üzvlərinin diqqətinə çatdırıb. MSK sədri Məzahir Pənahov bildirib ki, qəbul olunan təlimatlar toplu halında dərc olunacaq və seçkilərə start verilənə kimi aşağı seçki komissiyalarına göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR