Bank Of Baku

Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkiləri 1718 bələdiyyəni əhatə edəcək

Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkiləri 1718 bələdiyyəni əhatə edəcək
# 24 avqust 2009 15:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda bu ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri 1718 bələdiyyəni əhatə edəcək. APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərin görə, bundan əvvəl Azərbaycanda bələdiyyə seçkiləri 2004-cü ilin dekabrın 17-də keçirilib: “Ona görə də növbəti bələdiyyə seçkiləri üçün dekabrın 17-si bizim üçün bir orientrdir. Amma ondan ən azı 75 gün qabaq MSK-nın seçkilərlə bağlı qərarı dərc olunmalıdır. Bu da sentyabrın sonunda olacaq. Biz sentyabrın 30-na kimi iclasımızı keçirib bələdiyyə seçkilərinin vaxtını təyin edəcəyik ”.

MSK sədri seçkilərdə bir sıra yeniliklərin olacağını da istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR