Bank Of Baku

Səlahiyyət müddəti başa çatmamış bəzi bələdiyyələr də bu il keçiriləcək seçkilərdə iştirak etmək üçün MSK-ya müraciət ediblər

Səlahiyyət müddəti başa çatmamış bəzi bələdiyyələr də bu il keçiriləcək seçkilərdə iştirak etmək üçün MSK-ya müraciət ediblər
# 25 avqust 2009 12:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində səlahiyyət müddəti hələ başa çatmamış bəzi bələdiyyələr də iştirak edə bilər. Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov APA-ya açıqlamasında bildirib ki, Abşeron və Xaçmaz rayonundan 6 bələdiyyə bununla bağlı ötən gün quruma rəsmi müraciət edib. Bu gün isə Cəlilabad və Füzuli rayonundan 8 bələdiyyə bu təşəbbüsə qoşulub.

N. Məmmədovun sözlərinə görə, həmin bələdiyyələr 2006-cı ildə keçirilən təkrar və əlavə bələdiyyə seçkiləri zamanı formalaşıb: “Azərbaycan qanunvericiliyinə görə, seçki yolu ilə formalaşan qurumlar 5 il səlahiyyətli olur. 2006-cı ildə keçirilən seçkilər zamanı 81 bələdiyyəni əhatə edib və onların səlahiyyət müddəti 2011-ci ildə bitəcək. Buna baxmayaraq, onlar ümumi seçkilərdə iştirak etmək fikrindədirlər. Bununla bağlı təkcə MSK-ya deyil, Bələdiyyələrin Milli Asossasiyasına da müraciət ediblər”.

N. Məmmədov bildirib ki, bu müraciətlər MSK-da müzakirə olunduqdan sonra qərar qəbul ediləcək. O, həmçinin bu bələdiyyələrin ümumi seçkilərdə iştirak etməsi üçün qanuni bir maneənin olmadığını qeyd edib: “Həmin müraciətlərdən də bəlli olur ki, bu bələdiyyələr ümumi seçkilərdə iştirak etməklə qanunun yaratdığı imkanlardan istifadə etmək istəyirlər. Çünki qanunda da nəzərdə tutulur ki, ölkə bələdiyyələrinin yarıdan çoxunda iştirak edən partiyalar pulsuz təbliğat imkanlarından istifadə etmək hüququ qazanır. Əgər bu bələdiyyələr ümumi seçkilərdə iştirak etməyə nail olsalar, o zaman geniş imkanlar əldə edə biləcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR