Bank Of Baku

Azərbaycan və Qazaxıstan Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlıq haqqında protokol imzalanıb - FOTOSESSİYA - VIDEO

Azərbaycan və Qazaxıstan Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlıq haqqında protokol imzalanıb - <font color=red>FOTOSESSİYA - VIDEO</font>
# 26 avqust 2009 10:53 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycanda səfərdə olan Qazaxıstanın fövqəladə hallar naziri Vladimir Bojkonun rəhbərliyi altında nümayəndə heyəti Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və nazirliyin rəhbərliyi ilə görüş keçirib. K. Heydərov Azərbaycanla Qazaxıstan arasında əlaqələrin daim yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. O, Qazaxıstanın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması sahəsində böyük təcrübəyə malik olduğunu və bu sahədə qarşılıqlı əməkdaşlığı vacib saydığını vurğulayıb. FHN rəhbəri Qazaxıstan nümayəndə heyətinə rəhbərlik etdiyi qurumun yaranma tarixi, həyata keçirdiyi tədbirlər, strukturu, iş təcrübəsi və digər məsələlərlə bağlı məlumat verib.

Vladimir Bojko da Azərbaycanla Qazaxıstanın yaxın dövlətlər olduğunu və Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa maraq göstərdiklərini deyib. Bu səfərin onlar üçün çox dəyərli olduğunu deyən nazir iki ölkə arasında heç bir problemin olmadığını vurğulayıb: “Bizim ölkə başçıları arasında da dostluq və işgüzar münasibətlər mövcuddur. Həmçinin hər iki ölkənin bir sıra oxşar problemləri var və bu problemlərin aradan qaldırılmasında əməkdaşlıq etməyi vacib sayırıq”.

Çıxışlardan sonra tərəflər qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalayıblar. İmzalanma mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran Kəmaləddin Heydərov hər iki ölkənin Xəzər sahilində yerləşdiyini və qaz hasilatı və ixracını həyata keçirdiyini qeyd edib: “Ona görə də Xəzərdə texnogen qəzaların birgə aradan qaldırılması üçün danışıqlar aparılır. Son vaxtlar iqlim dəyişikliklərinin fəsadlarının aradan qaldırılması ilə bağlı hər bir ölkənin təcrübəsindən istifadə etməyə çalışırıq. Qazaxıstanda baş verən qum fırtınaları və digər belə təbii fəlakətlərlə bağlı təcrübələri öyrənmək istəyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR