Bank Of Baku

Demokratik İslahatlar Partiyasının yerli təşkilatlarının birgə müşavirəsi keçirilib

Demokratik İslahatlar Partiyasının yerli təşkilatlarının birgə müşavirəsi keçirilib
# 26 avqust 2009 13:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Demokratik İslahatlar Partiyasının (DİP) Yevlax, Ağdaş Göyçay və Mingəçevir təşkilatlarının birgə müşavirəsi keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Yevlaxda keçirilən müşavirədə adıçəkilən təşkilatların rəhbərləri, fəalları və həmçinin partiyanı bu bölgədə təmsil edən Dairə Seçki Komissiyalarının üzvləri iştirak edib. Müşavirədə partiyanın yerli təşkilatlarında bələdiyyə seçkilərinə hazırlıqla bağlı müzakirələr aparılıb, namizədlərin müəyyənləşdirilməsi, onların təbliğatının qurulması ilə bağlı fikir mübadiləsi aparılıb. Müşavirədə partiyanın mərkəzi aparatının nümayəndələri və Siyasi Şuranın üzvləri də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR