Bank Of Baku

Demokratiya Uğrunda İttifaq gələn ay kütləvi aksiya keçirəcək

Demokratiya Uğrunda İttifaq gələn ay kütləvi aksiya keçirəcək
# 27 avqust 2009 10:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Demokratiya Uğrunda İttifaq (DUİ) Madrid prinsiplərinə etiraz olaraq sentyabrda kütləvi aksiya keçirəcək. Bu barədə APA-ya DUİ-da təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu məlumat verib. Onun sözlərinə görə, hazırda aksiyanın keçirilməsinə dair digər müxalifət partiyaları ilə danışıqlar aparılır. Partiya sədri tədbirdə daha çox siyasi qurumun iştirakında maraqlı olduqlarını qeyd edib: “Oktyabrda prezidentlərin növbəti görüşü gözlənilir və aksiyanı həmin vaxta kimi keçirməyi düşünürük. Yəni bu görüşlər çox uzun sürən bir məsələ deyil. Siyasi partiyalar arasındakı razılaşma olandan sonra mitinqin dəqiq vaxtı və yeri müəyyən ediləcək”. M. Mirəlioğlu Madrid prinsiplərinin Azərbaycanın maraqlarına uyğun olmadığını və bu prinsiplərin müzakirəsinin gündəmdən çıxarılmasının vacib olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR