Bank Of Baku

Azərbaycanın iki naziri Ermənistana gedəcək

Azərbaycanın iki naziri Ermənistana gedəcək
# 28 avqust 2009 10:05 (UTC +04:00)
Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfərdə məqsəd Ermənistanda keçiriləcək cüdo üzrə gənclər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan idmançılarının bu ölkəyə səfərinin təşkilati məsələlərini müzakirə etməkdir. Azərbaycanlı nazirlər Ermənistana yarışdan əvvəl gedəcəklər. Səfər zamanı 2007-ci ildə Azərbaycanda keçirilən güləş üzrə dünya çempionatında iki ölkənin idman qurumları arasında imzalanmış müqaviləyə uyğun olaraq, yeni bir müqavilənin imzalanması nəzərdə tutulur.

Müqaviləyə Azərbaycan idmançılarının Ermənistana daxil olduqları andan ölkəni tərk edəcəkləri günə qədər ev sahibliyi edən ölkənin bütün təhlükəsizlik məsələlərinə ciddi şəkildə cavabdeh olması, informasiyaların ötürülməsi üçün şəraitin yaradılması, məşqlərin mütəmadi keçirilməsi, Azərbaycan bayrağının yarış boyu digər ölkələrin bayraqları ilə bir sırada asılması, idmançımızın 1-ci yeri qazanacağı təqdirdə Azərbaycan bayrağının qaldırılması, himninin səsləndirilməsi və bütün iştirakçıların həmin vaxt ayağa qalxması, BOK tərəfindən səlahiyyətli jurnalistlərin yarışda sərbəst iştirakının təmin edilməsi, yarış boyu internet xidmətlərindən rahat yararlanma və digər məsələlər daxildir. İmzalanma Azərbaycan Gənclər və İdman Nazirliyi, Avropa Cüdo Federasiyası, Avropa Cüdo Komitəsi, Avropa Olimpiya Komitəsi və Ermənistanın müvafiq orqanları arasında olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR