Bank Of Baku

Həsrət Rüstəmov: “Bələdiyyə seçkilərini boykot etməyin heç bir əhəmiyyəti yoxdur”

Həsrət Rüstəmov: “Bələdiyyə seçkilərini boykot etməyin heç bir əhəmiyyəti yoxdur”
# 28 avqust 2009 10:53 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı sentyabrda Azərbaycan Demokrat Partiyasının (ADP) Ali Məclisinin iclası keçiriləcək. ADP sədrinin müavini Həsrət Rüstəmovun APA-ya verdiyi məlumata görə, iclasda seçkilərdə iştirak, namizədlərin irəli sürülməsi ilə bağlı qərarlar qəbul ediləcək. H. Rüstəmov bütün bələdiyyələrə namizəd irəli sürməyi qarşılarına məqsəd qoymadıqlarını və ADP-nin təxminən 500-ə qədər namizəd irəli sürəcəyini bildirib. Onun sözlərinə görə, buna səbəb əhalidə və partiya üzvləri arasında seçkilərə marağın olmamasıdır: “Amma marağın azlığına baxmayaraq, istənilən halda seçkilərin boykot olunması gözlənilmir. Bələdiyyə seçkiləri kimi böyük miqyaslı seçkiləri boykot etməyin heç bir əhəmiyyəti yoxdur. Biz ümumiyyətlə, boykot ənənəsindən imtina etməliyik”. H. Rüstəmovun sözlərinə görə, seçkilərdə təxminən 15-25 faiz seçicinin iştirak edəcəyini gözləyirlər: “Amma biz seçicilərin bu seçkilərdə fəal olmasına çalışmalıyıq. Həm partiyanın rəhbərliyi, həm də namizədliyini irəli sürəcək şəxslər əhali arasında təbliğat aparmalıdırlar ki, fəallıq olsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR