Bank Of Baku

Azərbaycan prezidenti: “Bizim səylərimiz Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində artıq ilk nəticələrini verməkdədir”

Azərbaycan prezidenti: “Bizim səylərimiz Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində artıq ilk nəticələrini verməkdədir”
# 29 avqust 2009 07:50 (UTC +04:00)
APA-nın məlumatına görə, iftar mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Mərasimdə çıxış edən dövlət başçısı gözəl ənənəyə çevrilən iftar süfrəsini cəmiyyətin vahidliyinin, dövlətlə din arasında ümumi amallar naminə sıx birliyin bariz nümunəsi olduğunu söyləyib.

Nitqində Ermənistan-Azərbaycan münaqişəsinə toxunan prezident danışıqlar prosesində əldə olunan irəliləyişlərin aparılan məqsədyönlü siyasətin nəticəsi olduğunu bildirib: “Bizim səylərimiz deyə bilərəm ki, danışıqlar prosesində artıq ilk nəticələrini verməkdədir. Bütün dövrlərdə bizim mövqeyimiz ondan ibarət olub ki, bu məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Dağlıq Qarabağda insanlar yüksək muxtariyyət statusu çərçivəsində, vahid Azərbaycan dövləti çərçivəsində yaşaya bilərlər. Bu gün bu prinsiplər əsas götürülüb. Danışıqlar bu prinsiplər əsasında aparılır və istənilən razılaşma ancaq bu prinsiplər əsasında ola bilər. Biz bütün dövrlərdə demişik və bu gün də deyirik ki, məsələnin həlli ancaq mərhələli yolla mümkündür. Bu gün danışıqlar mövzusu olan təkliflər məhz mərhələli həlli təmin edir. İşğal edilmiş bütün rayonlar ardıcıllıqla azad ediləcək, soydaşlarımız həmin rayonlara qayıdacaq. Orada bütün infrastruktur bərpa olunacaq və ondan sonra gələcək mərhələdə Dağlıq Qarabağın hüquqi statusu müəyyən ediləcək. Hər zaman demişik ki, əlbəttə Dağlıq Qarabağın statusu olmalıdır, amma biz bu statusu Azərbaycanın ərazi bütövlüyündən kənarda görmürük və Azərbaycan dövləti heç vaxt buna razı olmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR