Bank Of Baku

DUİ bələdiyyə seçkilərində iştirak formasını Seçki Məcəlləsinə ediləcək dəyişikliklərdən sonra müəyyənləşdirəcək

DUİ bələdiyyə seçkilərində iştirak formasını Seçki Məcəlləsinə ediləcək dəyişikliklərdən sonra müəyyənləşdirəcək
# 29 avqust 2009 08:48 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Demokratiya Uğrunda İttifaq (DUİ) bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində iştirak formasını Seçki Məcəlləsinə ediləcək dəyişikliklərdən sonra müəyyənləşdirəcək. İttifaqın üzvü olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu APA-ya bildirib ki, Seçki Məcəlləsinin və ölkədəki real vəziyyətin tələblərinə uyğun olaraq qərarlarını verəcəklər: “Seçkilərə öz müttəfiqlərimiz və bizimlə eyni mövqedə olanlarla seçki bloku yaradaraq qatılmaq istəyirik. Blok olmadığı təqdirdə seçkilərə partiya şəklində qatılacağıq. Yəni gündəmdə bu iki məsələ var. Mənim fikrim budur ki, konkret qərar vermək üçün tələsməyə ehtiyac yoxdur. Qanuna hansı dəyişikliyin ediləcəyini gözləmək lazımdır”.

M. Mirəlioğlu bildirib ki, hazırda bələdiyyələr üzrə ittifaqda olan partiyaların namizədləri müəyyənləşib və təşkilati-texniki işlər həyata keçirilir. O, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR