Bank Of Baku

Azərbaycan paytaxtında “Sərhədçi” olimpiya idman mərkəzinin açılışı olub

Azərbaycan paytaxtında “Sərhədçi” olimpiya idman mərkəzinin açılışı olub
# 31 avqust 2009 10:15 (UTC +04:00)
Bakı - APA. Avqustun 31-də Bakıda “Sərhədçi” olimpiya idman mərkəzinin açılış mərasimi keçirilib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də iştirak edib.

Prezidentə məlumat verilib ki, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında böyük bir ərazidə inşa olunmuş mərkəzdə açıq və qapalı zallar, mehmanxana var. Burada sərhədçi idmançıların məşq keçmələri, müxtəlif səviyyəli yarışların təşkili üçün beynəlxalq standartlara uyğun şərait yaradılıb.

Prezident İlham Əliyev mərkəzlə tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR