Bank Of Baku

Qarabağ və Respublika Uğrunda Hərəkat Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi hazırlayıb

Qarabağ və Respublika Uğrunda Hərəkat Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi hazırlayıb
# 31 avqust 2009 11:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Qarabağ və Respublika Uğrunda Hərəkat Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinin hazırlığını başa çatdırıb. Hərəkatda təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu APA-ya bildirib ki, layihənin bütün detalları müzakirə olunub və yaxın günlərdə ictimaiyyətə, hökumətə və beynəlxalq təşkilatlara təqdim olunacaq: “Layihədə indiyə qədər seçkilərin fərqli keçirilməməsinin səbəblərini aradan qaldıran, həm təşkili, həm seçkiqabağı şəraitlə bağlı olan qüsurların aradan qaldırılması öz əksini tapıb”. S. Cəlaloğlu qeyd edib ki, irəli sürülən təkliflərdə beynəlxalq ictimaiyyətin rəyi əsas götürülüb. Hərəkat təmsilçiləri layihədə seçki komissiyalarının iqtidar və müxalifət arasında paritet əsaslarla bölünməsini təklif edib: “Biz Mərkəzi Seçki Komissiyasının 18 üzvünün 9-nun iqtidardan, 9-nun isə müxalifətdən olmasını təklif edirik. Müxalifət dedikdə isə yalnız sonuncu parlament seçkilərində 1 faizlik baryeri keçmiş partiyalar əsas götürülməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR