Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Milli müqavimətlə bağlı hərəkatın yaradılması barədə təklifimiz qüvvədədir”

Mirmahmud Mirəlioğlu: “Milli müqavimətlə bağlı hərəkatın yaradılması barədə təklifimiz qüvvədədir”
# 31 avqust 2009 12:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Milli müqavimətlə bağlı hərəkatın yaradılması barədə təklifimiz qüvvədədir və bu istiqamətdə iş aparılır. Amma yaranacaq qurumun adının Milli Müqavimət Hərəkatı olması şərt deyil. Çünki Azərbaycanda bu adda birlik var”. Bu sözləri APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. O, Qarabağ probleminin Azərbaycanın milli maraqlarına uyğun həlli məqsədilə təsis olunacaq hərəkatda bütün siyasi qüvvələrin iştirakını arzu etdiklərini deyib: “Hazırda danışıqlar gedir. Bu istiqamətdə işçi qrupu fəaliyyət göstərir. İctimai rəydə bu mövzunun saxlanılmasının özü prosesin xeyrinədir”.

M. Mirəlioğlu hərəkatın yaradılması istiqamətində fəaliyyətin davam etdiriləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR