Bank Of Baku

BAXCP İdarə Heyətinin iclası keçirilib

BAXCP İdarə Heyətinin iclası keçirilib
# 31 avqust 2009 13:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. İdarə Heyəti Azərbaycanın gənc cüdoçularının Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak etmək niyyəti, eləcə də Gənclər və İdman Nazirliyinin və Cüdo Federasiyası rəhbərlinin bu ölkəyə nəfərdə tutulan səfərini pisləyiblər. Partiya rəhbərliyi hesab edir ki, Azərbaycan torpaqları işğaldan azad edilmədən təcavüzkar ölkə ilə istər idman, istər mədəniyyət, istərsə də digər sahələrdə hər hansı münasibətin qurulması yolverilməzdir. BAXCP İdarə Heyəti hökuməti və müvafiq dövlət qurumlarını Azərbaycan torpaqları işğaldan azad edilmədən Ermənistanla hər hansı münasibətin qurulmasından çəkinməyə çağırıb.

İclasda həmçinin, sentyabrın 5-də keçiriləcək partiyanın Ali Məclisinin növbəti sessiyasının gündəliyi müzakirə edilib. Ali Məclisin gündəliyinə ictimai-siyasi vəziyyət və bələdiyyə seçkilərinə hazırlıqla bağlı məsələlərin çıxarılması barədə qərar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR