Bank Of Baku

Müsavat Divanının növbəti toplantısı keçirilib

Müsavat Divanının növbəti toplantısı keçirilib
# 31 avqust 2009 14:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda qərarların icrası, partiyadaxili durum və ölkədəki ictimai-siyasi vəziyyətə dair fikir mübadiləsi aparılıb, bələdiyyə seçkilərinə hazırlıq müzakirə olunub, bu yöndə görüləcək işlər barəsində partiya qurumlarına tapşırıq və tövsiyələr verilib. Qarabağ və Respublika Uğrunda Hərəkatın yaratdığı işçi qrupun Seçki Məcəlləsi və “Bələdiyyələr haqqında” qanuna əlavə və dəyişikliklər barədə təkliflərin hazırlanması işinin gedişi haqqında da məlumat verilib.

Divanda həmçinin həbsdə olan gənc bloqgerlər Emin Milli və Adnan Hacızadənin məhkəmə prosesi də müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR