Bank Of Baku

Azərbaycanın bir qrup millət vəkili Türkiyəyə gedib

Azərbaycanın bir qrup millət vəkili Türkiyəyə gedib
# 01 sentyabr 2009 11:33 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Azərbaycan Milli Məclisinin bir qrup deputatı Türkiyənin reproduktiv sağlamlıq sahəsində təcrübəsini öyrənmək üçün bu ölkəyə səfərə yola düşüb. Bu barədə APA-ya Türkiyəyə gedən deputat nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı məlumat verib. Millət vəkili deputat həmkarları Musa Quliyev və Gültəkin Hacıbəyli ilə birlikdə Türkiyədə bir neçə gün ərzində Səhiyyə Nazirliyində, Türkiyə Böyük Millət Məclisində və sözügedən sahə ilə məşğul olan tibb ocaqlarında görüşlər keçirəcəklərini deyib. Onun sözlərinə görə, Türkiyədə reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində böyük təcrübə mövcuddur: “Biz bu təcrübəni öyrəndikdən sonra hazırladığımız qanun layihəsi üzərində bir daha işləyəcəyik”.

M. İbrahimqızı “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsini Milli Məclisin payız sessiyasında yenidən müzakirəyə çıxaracaqlarını bildirib. Qeyd edək ki, sözügedən sənəd parlamentin ötən sessiyasında müzakirəyə çıxarılaraq geri qaytarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR