Bank Of Baku

Azərbaycan Milli Məclisi bu gündən payız sessiyasının hazırlıqlarına başlayıb

Azərbaycan Milli Məclisi bu gündən payız sessiyasının hazırlıqlarına başlayıb
# 01 sentyabr 2009 11:59 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin deputatları bu gündən işə başlayıblar. APA-nın məlumatına görə, yaz və növbədənkənar sessiyadan sonra istirahətə yollanan millət vəkilləri bu gündən payız sessiyasının hazırlıqlarına başlayıblar. Sentyabrın 15-dən isə etibarən, Milli Məclisin daimi komitələrində parlamentə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılacaq. Bundan sonra payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək. Oktyabrın 1-də isə Milli Məclisin payız sessiyasının ilk iclası keçiriləcək.

Qeyd edək ki, payız sessiyasında müzakirə olunacaq mühüm qanun layihələrindən biri də “2010-cu ilin dövlət büdcəsi” haqqında sənəd olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR