Bank Of Baku

Sərdar Cəlaloğlu: “Demokratiya Uğrunda İttifaq digər partiyaları şantaj edir”

Sərdar Cəlaloğlu: “Demokratiya Uğrunda İttifaq digər partiyaları şantaj edir”
# 01 sentyabr 2009 13:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Demokratiya Uğrunda İttifaqa daxil olan partiyaların ADP haqqında səsləndirdikləri ittihamların heç bir əsası yoxdur. Onlar hər zaman elə təqdim edirlər ki, guya mən onlarla tərəf-müqabiləm”. Bu fikirləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Demokratiya Uğrunda İttifaqla ADP arasında yaranmış qarşıdurmaya münasibət bildirərkən deyib. Onun sözlərinə görə, DUİ hər zaman digər partiyaları da qəbul etdiyi qərarların icrasına şantaj yolu ilə cəlb etməyə çalışır: “Mənim tənqid etdiyim yeganə məsələ budur. Onlar bizi Dağlıq Qarabağla bağlı keçirdikləri tədbirlərə dəvət edirlər. Biz isə düşünürük ki, bu, artıq milli məsələdir. Bu məsələdə ayrı-seçkilik yaratmağa ehtiyac yoxdur”.

DUİ-da təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc isə APA-ya bildirib ki, qurum Qarabağla bağlı 9 forum keçirib və hamısında ADP-yə dəvət göndərib. Lakin hər dəfə ADP bu forumlarda iştirakdan imtina edib: “Biz onları bu forumlara qatılmadıqları üçün ittiham etmirik. Amma ADP rəhbərliyi bizim hər bir addımımızı təftiş edib münasibət bildirir. Digər tərəfdən, biz heç kimi şantaj etmirik. Biz sadəcə istəyirik ki, Qarabağla bağlı tədbirlər bir yerdə keçirilsin. Yox əgər başqa müxalifətçilər başqa bir təkliflə çıxış edirlərsə, biz onu da icra etməyə hazırıq. Bunu şantaj adlandırmaq korazehinlikdən başqa bir şey deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR