Bank Of Baku

Qüdrət Həsənquliyev: “Türk xalqı Azərbaycan türklərinə qarşı xəyanət kimi dəyərləndiriləcək addımın qarşısının alınması üçün etiraz səsini ucaltmalıdır”

Qüdrət Həsənquliyev: “Türk xalqı Azərbaycan türklərinə qarşı xəyanət kimi dəyərləndiriləcək addımın qarşısının alınması üçün etiraz səsini ucaltmalıdır”
# 01 sentyabr 2009 14:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Ölkə daxilində milli birliyə nail ola bilməyən Türkiyənin mövcud hökuməti xarici təzyiqlər qarşısında gücsüz vəziyyətdə qalıb, buna görə də Türkiyənin və Azərbaycanın maraqlarına zidd olan xarici siyasət yürütməyə məcbur olub”. APA-nın məlumatına görə, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib. Türkiyə və Ermənistan xarici işlər nazirliklərinin, eləcə də İsveçrə Konfederasiyası Xarici Əlaqələr Departamentinin yaydığı bəyanata münasibət bildirən BAXCP sədri cəmi bir neçə ay öncə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın “Qarabağ geri qaytarılmayana, Azərbaycan torpaqları işğaldan azad edilməyənədək Ermənistanla sərhədlər açılmayacaq" bəyanatını xatırladıb və onun qısa vaxtda bu bəyanatdan geri çəkilməsinə təəssüflənib. Türkiyə vətəndaşlarına müraciət edən Q. Həsənquliyev onları tarix tərəfindən birmənalı şəkildə Azərbaycan türklərinə qarşı xəyanət kimi dəyərləndiriləcək bu addımın qarşısının alınması üçün etiraz səslərini ucaltmağa çağırıb.

Partiya sədri hesab edir ki, Türkiyənin indiki hökumətinin istər “demokratik açılım” adı altında atmaq istədiyi addımlar, istərsə də Ermənistanla razılaşmaları türk xalqının maraqlarına cavab verməyən bir siyasətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR