Bank Of Baku

Azərbaycan prezidenti Ağdam, Qax və Zaqatalaya yeni icra başçıları təyin edib

Azərbaycan prezidenti Ağdam, Qax və Zaqatalaya yeni icra başçıları təyin edib
# 02 sentyabr 2009 06:49 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Həsən Sarıyevin Ağdam rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısının digər sərəncamı ilə Nizami Sadıqov Ağdam rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident sentyabrın 1-də imzaladığı digər sərəncamlarla Mübariz Əhmədzadəni Qax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

Qax rayon İcra Hakimiyyətinə isə Telman Quliyev başçı təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR