Bank Of Baku

Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi Adnan Hacızadə və Emin Millinin gözlənilən məhkəməsi ilə bağlı bəyanatla çıxış edib

Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi Adnan Hacızadə və Emin Millinin gözlənilən məhkəməsi ilə bağlı bəyanatla çıxış edib
# 02 sentyabr 2009 09:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi (AAMİK) Adnan Hacızadə və Emin Millinin gözlənilən məhkəmə prosesi ilə bağlı bəyanatla çıxış edib. Komitənin mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda ölkə rəhbərliyi və ictimaiyyətə müraciət edilir, gənclərin qarşıdan gələn məhkəmə prosesi ətrafında ciddi narahatlığın yarandığını bildirilir. Komitə üzvləri qeyd ediblər ki, ölkənin vətəndaş cəmiyyəti və beynəlxalq demokratik birlikdə yaranmış rəyə görə gənclərin döyülməsi, həbsi və onların üzərində məhkəmə ictimai fəaliyyətləri və özünümüdafiə meylləri ilə əlaqədardır: “Gənclər yalnız hər bir insanın rəy və hüquqlarına hörmətlə yanaşılan açıq və ədalətli cəmiyyətdə yaşamaq arzusuna görə bu cür cəzalandırılırlar”.

Ölkə rəhbərliyinə müraciət edən komitə dövlətin imicinə zərər gətirən bu kimi addımlardan imtina etməyə, hər iki gəncin azad edilməsinə çağırıb.

Bəyanatı Komitənin üzvü olan 25-dən artıq QHT rəhbəri imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR