Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri “İrəli” İctimai Birliyinin rəhbərliyi ilə görüşüb

ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri “İrəli” İctimai Birliyinin rəhbərliyi ilə görüşüb
# 02 sentyabr 2009 10:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Coanna Qanson “İrəli” İctimai Birliyinin rəhbərliyi ilə görüşüb. Birliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qurumun sədri Ceyhun Osmanlı diplomata rəhbərlik etdiyi təşkilat barədə məlumat verib. С. Qanson birliklə bağlı ətraflı məlumat aldıqdan sonra “İrəli”nin Azərbaycanın gənclər sahəsində yeniliklər etdiyini və fərqli layihələr həyata keçirdiyini söyləyib. O, ictimai birliyin bundan sonra keçirəcəyi tədbirlərdə iştirak edəcəyini, eyni zamanda “İrəli”nin təşəbbüslərinin dəstəklənməsində ABŞ səfirliyinin iştirakının mümkün olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR