Bank Of Baku

Azərbaycanın iki naziri Ermənistana səfər edərək müqavilə imzalayıb

Azərbaycanın iki naziri Ermənistana səfər edərək müqavilə imzalayıb
# 02 sentyabr 2009 11:19 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd Ermənistanda keçiriləcək gənclər arasında Avropa çempionatına qatılacaq Azərbaycanın cüdo üzrə yığma komandasının bu ölkəyə səfəri ilə bağlı təşkilati məsələləri müzakirə etmək olub. Səfər zamanı gənclər və idman naziri Azad Rəhimov və Ermənistanın gənclər və idman naziri Armen Qriqoryan , Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov, Ermənistan Cüdo Federasiyasının prezidenti Aleksan Avetisyan, Avropa Cüdo Federasiyası və Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvləri arasında müqavilə imzalanıb. Müqaviləyə Azərbaycan idmançılarının Ermənistana daxil olduqları andan ölkəni tərk edəcəkləri günə qədər ev sahibliyi edən ölkənin bütün təhlükəsizlik məsələlərinə ciddi şəkildə cavabdeh olması, informasiyaların ötürülməsi üçün şəraitin yaradılması, məşqlərin mütəmadi keçirilməsi, Azərbaycan bayrağının yarış boyu digər ölkələrin bayraqları ilə bir sırada asılması, idmançımız 1-ci yeri qazanacağı təqdirdə Azərbaycan bayrağının qaldırılması və dövlət himninin səsləndirilməsi, həmin an bütün iştirakçıların ayağa qalxması, BOK tərəfindən səlahiyyətli jurnalistlərin yarışlarda sərbəst iştirakının təmin edilməsi, yarış boyu internet xidmətlərindən rahat yararlanma və digər məsələlər daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR