Bank Of Baku

YAP-ın Hacıqabul və Sabunçu rayon təşkilatları bələdiyyə seçkiləri ilə bağlı seçki qərargahı yaradıb

YAP-ın Hacıqabul və Sabunçu rayon təşkilatları bələdiyyə seçkiləri ilə bağlı seçki qərargahı yaradıb
# 02 sentyabr 2009 13:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) Hacıqabul və Sabunçu rayon təşkilatları dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı seçki qərargahı yaradıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, hər iki rayon təşkilatında keçirilən iclaslarda seçkiqabağı vəziyyət müzakirə olunub. Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov iclasda bildirib ki, həm prezident seçkilərində, həm də referendumda fəal iştirak edən rayon YAP-çıları bələdiyyə seçkilərində də eyni aktivliyi nümayiş etdirmək iqtidarındadır. Rayon təşkilatında 16 nəfərdən ibarət seçki qərargahının yaradılması haqqında qərar qəbul olunub.

Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva isə bildirib ki, YAP böyük seçki təcrübəsinə malik olan partiyadır. O, çıxışında partiya üzvlərinin seçkilərlə bağlı qarşıda dayanan vəzifələrindən danışıb. Rayon təşkilatında 20 nəfərdən ibarət seçki qərargahı yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR