Bank Of Baku

Səməd Seyidov İsrail səfiri ilə görüşüb

Səməd Seyidov İsrail səfiri ilə görüşüb
# 02 sentyabr 2009 13:50 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, professor Səməd Seyidov İsrailin Azərbaycana yeni təyin olunan səfiri Mixael Lavon Lotemlə görüşüb. APA-nın xəbərinə görə, görüşdə Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlər, iqtisadi, mədəni, səhiyyə, elm və digər sahələrdə əlaqələrin inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. S. Seyidov İsrail prezidenti Şimon Peresin Azərbaycana rəsmi səfəri zamanı ADU-da olması, universitetdə tələbələrlə görüş keçirməsi barədə səfirə məlumat verib. Universitetdə fəaliyyət göstərən İsrail Mədəniyyət Mərkəzi haqqında danışan rektor bildirib ki, ADU iki ölkənin ali məktəbləri arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR