Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatı: Türkiyə hökuməti xəyanətkar mövqedən geri çəkilməlidir

Qarabağ Azadlıq Təşkilatı: Türkiyə hökuməti xəyanətkar mövqedən geri çəkilməlidir
# 02 sentyabr 2009 14:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində atılan son addımlar Türkiyə hökumətinin Azərbaycana xəyanətidir”. Bu fikir Qarabağ Azadlıq Təşkilatının (QAT) Ermənistanla Türkiyə arasında razılaşdırılan protokollarla bağlı yaydığı bəyanatdandır. QAT-ın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu razılaşma Türkiyənin indiyə qədər Azərbaycana verdiyi vədlərin üzərindən xətt çəkir, dostluq və qardaşlıq əlaqələrinə zərbə vurur: “Razılaşdırılan protokollardan görünür ki, Türkiyə Ermənistanın bütün tələblərini yerinə yetirməyə hazırdır. Qarşılıqlı şəkildə sərhədlərin tanınması ilə bağlı bəng gülünc görünür. Çünki cırtdan dövlət olan Ermənistanın Türkiyənin sərhədlərini tanıyıb-tanımamasının heç bir əhəmiyyəti yoxdur”.

QAT bildirib ki, Türkiyə hökuməti beynəlxalq güclər qarşısında birtərəfli güzəştə gedib və nə qədər gec deyil, bu xəyanətkar mövqedən geri çəkilməlidir: “Türkiyə iqtidarı bilməlidir ki, bu prosesdən heç nə qazanmayacaq, amma itirəcəkləri çox olacaq. Türkiyə hökumətinin hərəkətləri bizi sarsıdır. Lakin biz özümüzdə güc tapmalı və öz problemimizi özümüz həll etməyi bacarmalıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR