Lalə Şövkət: “Azərbaycanın maraqlarına zidd olan məsələnin Türkiyə parlamentindən keçə biləcəyinə inanmıram” - MÜSAHİBƏ
- Bu iki protokol ilk baxışda dövlətlər arasında diplomatik əlaqələrin qurulması ilə bağlıdır. Amma burada nəzərdə tutulur ki, protokollar qüvvəyə mindikdən iki ay sonra sərhədlər açılacaq. Bu Azərbaycan üçün arzuedilməz məsələdir. Diplomatik əlaqələrin bərpa olunması mümkün ola bilər, amma sərhəd məsələsi Azərbaycan üçün mühümdür. Ona görə ki məhz Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar Türkiyə Ermənistanla sərhədləri bağladı. Bu illərdə hər dəfə bu mövzu ortaya çıxanda Türkiyə həmişə israrla deyirdi ki, torpaqlar azad olunandan sonra sərhədlər açılacaq. Bu gün isə çox təəssüf ki, bu iki protokolun heç birində Dağlıq Qarabağla bağlı məsələ yoxdur. Sözsüz ki, bu məsələ Azərbaycan üçün çox qorxuludur. Amma protokolların imzalanması üçün 6 həftə vaxt verilib, daha sonra onlar parlamentdə müzakirə olunmalıdır. Ona görə də qarşıda hələ vaxt var və digər tərəfdən də mən Türkiyənin Azərbaycanın mənafelərinə zidd olan məsələlərə qol qoymasına inanmıram. Ona görə ki bu ilin may ayında Rəcəb Tayyib Ərdoğan Milli Məclisdəki çıxışında çox qəti şəkildə bəyan etmişdi ki, Ermənistanla sərhədlərin bağlanması Azərbaycan torpaqlarının işğalı ilə bağlıdır və Qarabağ problemi həll olunmayana qədər sərhədlər açılmayacaq. Bundan başqa, Türkiyə xarici işlər nazirinin də belə bir bəyanatı oldu. Amma bu məsələlər protokollarda yoxdur. Mən başa düşürəm ki, Türkiyə basqı altındadır. Avropa Birliyinə daxil olmaq üçün Ermənistanla münasibətlər normallaşmasını şərt kimi irəli sürüblər. Amma yenə də Türkiyənin Azərbaycanın maraqlarına zidd hansısa addımlar atacağına inanmıram. Digər tərəfdən bu məsələlərin Azərbaycanın dövlət rəhbərliyi ilə razılaşdırılmasına, ən azından belə qərarın qəbul edilməsindən əvvəlcədən xəbərdar edilməsinə inanıram.
- Türkiyənin Ermənistanla sərhədləri açmağa məcbur edilməsi barədə deyilənləri necə dəyərləndirirsiniz?
- Burada məcburiyyət məsələsi yoxdur. Mən inanmıram ki, Türkiyə kimi böyük bir dövləti hansısa bir ölkə nəyəsə məcbur eləsin. Türkiyə böyük, güclü və öz sözünü deyə bilən dövlətdir. Ona görə də istəmirəm ki, biz düşünək Türkiyə kiminsə sözü ilə bu addımı atır. Amma Türkiyənin Avropa Birliyinə daxil olmaq kimi strateji məqsədi var, addım-addım da buna nail olmağa çalışır.
- Bu protokollar ortaya çıxdıqdan sonra həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətində lazımı etirazların olduğunu düşünürsünüzmü?
- Mən düşünürəm ki, buna sözsüz ki, etirazlar olmalıdır. Amma protokolların hələ parlamentdə müzakirəsi gözlənilir. Əsas məsələ də orada həll olunacaq. Azərbaycanın maraqlarına zidd olan hansısa məsələnin Türkiyə parlamentindən keçə biləcəyinə inanmıram. Baxmayaraq ki, parlamentdə hakim partiyanın mövqeyi kifayət qədər güclüdür.
- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar və Madrid prinsiplərinin önə çıxması ciddi narahatlıq yaradıb. Azərbaycanın bu prinsiplərlə razılaşacağını düşünürsünüzmü?
- Madrid prinsiplərinin ən mənfi cəhəti ondan ibarətdir ki, orada referendum nəzərdə tutulub. Bunun adını nə qoyurlarsa fərqi yoxdur. Əgər bu prinsiplərdə referendum varsa, bu Qarabağın itirilməsidir. Biz bunu çox gözəl başa düşürük. Diplomatik dildə bunu ayrı cür deyə bilərik, ayrı cür yaza bilərik. Ona görə də mən Azərbaycanın dövlət başçısının indiki vəziyyətdə olan Madrid prinsiplərinə qol çəkəcəyinə inanmıram. Ona görə də bu məsələnin tezliklə yekunlaşacağını düşünmürəm və hesab edirəm ki, hələ uzun sürəcək.
- Bu prinsiplərə etiraz olaraq siyasi partiyaların kütləvi aksiyalar keçirmək təşəbbüsünü necə qiymətləndirirsiniz?
- Açıq şəkildə etiraf etmək lazımdır ki, etiraz aksiyaların keçirilməsi üçün imkan yoxdur. Bu gün siyasi partiyaların vəziyyəti çox ağırdır. Hər tərəfdən fəaliyyətimiz məhduddur, mitinqlərə imkan verilmir, ofislər yoxdur, heç bir rayon təşkilatının qərargahı yoxdur. Bu gün partiyalar çox pis vəziyyətdədir. Biz deyə bilərik ki, etiraz aksiyaları keçirmək istəyirik, amma indiki şəraitdə bu, çox çətindir. Partiyaların fəaliyyəti bu gün “de-fakto” qadağan olunub. Bu gün biz adi konfrans keçirmək üçün zal icarəyə götürə bilmirik. Ona görə də bu şəraitdə demək ki, biz güclü bir aksiya keçirə bilərik, bu düzgün olmazdı. Amma cəhd etmək olar. Başqa bir tərəfdən gərək hakimiyyət özü düşünsün ki, belə bir məqamda siyasi partiyaların fəaliyyəti lazımdır və dünya da görməlidir ki, buna etiraz edən cəmiyyət var. Bu çox mühüm bir məsələdir. Qarabağla bağlı sözü ictimaiyyət deməlidir. Amma ictimaiyyət üçün heç bir imkan yoxdur. Bunun özü hakimiyyətin özünə zərbə vurur. Çünki dünya ictimaiyyəti həmişə hakimiyyətin sözündən əlavə ictimaiyyətin də sözünü nəzərə alır. Amma partiyaların fəaliyyətini məhdudlaşdırmaqla hakimiyyət öz işini daha da çətinə salır. Strateji baxımdan da bu yanlış siyasətdir.
- Qarabağ və Respublika Uğrunda Hərəkatın bu ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı seçki bloku yaratmaq təkliflərini necə qiymətləndirirsiniz?
- Mən tam olaraq bu təklifin tərəfdarıyam və düşünürəm ki, bu müsbət həll olunacaq. Əvvəlcədən bildirmişəm ki, müxalifət seçkilərə vahid blokla gedərsə bu çox yaxşı olar. Ona görə də bu təkliflərə müsbət yanaşıram. Hələ bununla bağlı yekun qərar yoxdur, amma ümid edirəm ki, olacaq.
- Hərəkatın kifayət qədər namizədi olacaqmı?
- Əlbəttə. Nə qədər istəyirsən, namizəd irəli sürmək mümkündür. Amma bu seçki olacaqmı, həmin namizədlər ədalətli rəqabət şəraiti ilə qarşılaşa biləcəklərmi? Əsas məsələ budur. Əgər seçki həmişəki kimi keçiriləcəksə, o zaman biz, ümumiyyətlə, farsa gedirik. Amma mən özüm belə bir qərara gəldim ki, heç nəyə baxmayaraq seçkiyə getmək lazımdır. Çünki burada şəxsən mən iki amili yoxlamaq istəyirəm. Birincisi, hakimiyyət əvvəlki ənənələrdən əl çəkib və yerli seçkilərin demokratik keçirilməsində maraqlıdırmı? İkincisi, insanlara ümid verib cəmiyyəti canlandırmaq lazımdır. Bu iki amilə görə mən qərar verdim ki, seçkilərə getmək lazımdır. Yəni bu bir yoxlama cəhdidir.
- Liberal Partiyasının növbəti qurultayı nə zaman keçiriləcək?
- Biz bir neçə dəfə cəhd eləmişik bir yer götürək. Amma heç bir zal qurultay keçirmək üçün verilmir. Onlar açıq şəkildə bildirirlər ki, müxalifət partiyasının qurultayı üçün zal verə bilmərik. Yalnız yerlə bağlı olaraq qurultayı keçirə bilmirik. Amma əvvəl-axır yer tapıb bu qurultayı keçirəcəyik.
- Müxalifətdaxili əməkdaşlığın bələdiyyə seçkilərindən sonra davam edəcəyini düşünürsünüzmü?
- Mən istərdim ki, bu əməkdaşlıq davamlı olsun.
Daxili siyasət
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Xəbər Lenti
WSJ: Tramp İrana qarşı hərbi əməliyyatların genişləndirilməsinə meyllidir
Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib
İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb
İran HHM ABŞ-ın "MQ-9 Reaper" pilotsuz aparatını vurub
Tramp: İran saxlanılan ABŞ vətəndaşının ölkəni tərk etməsinə icazə verib
ABŞ İrana qarşı növbəti zərbə dalğasını başa çatdırıb - YENİLƏNİB
Almaniya sənayesində ötən il 177 min iş yeri ixtisar edilib
Zelenski: Yaxın Şərq ölkələri ilə açıqlanmayan razılaşmamız var
SEPAH Fars körfəzində ABŞ-ın hücum infrastrukturuna zərbələr endirdiyini açıqlayıb
Ukrayna dronlarının hücumundan sonra Rusiyanın iri neft-kimya zavodu fəaliyyətini dayandırıb
ABŞ-ın İrana zərbələri nəticəsində 35 nəfər ölüb
Rusiya Ukraynaya ballistik raketlərlə hücum edib, Kiyevdə güclü partlayışlar olub
"Qalatasaray" Mauro İkardi ilə yollarını ayırıb
DÇ-2026: Argentina yarımfinala yüksəlib
Vens: İsraildə ABŞ-İran müharibəsinin uzanmasını istəyən qüvvələr var
Tramp: İrana qarşı zərbələrin genişləndirilməsi ilə bağlı son tarix müəyyən etməmişəm
Vens: ABŞ İranda hakimiyyəti dəyişmək üçün quru əməliyyatı keçirməyəcək
Küveyt İranın raket və PUA-larını zərərsizləşdirdiyini açıqlayıb
İranın üç şəhərində partlayışlar baş verib
Qalibaf: ABŞ-la memorandumun şərtlərinə əməl etmək üçün əsas görmürük
Zelenski: Rusiya ballistik raketlərinə qarşı üç istiqamətdə işləyirik
Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini yenə təsdiqləyə bilməyib
Qalibaf: ABŞ İranı zəiflətməyə və parçalamağa çalışır
Euronews: IV Şuşa Qlobal Media Forumunda jurnalistikanın gələcəyi müzakirə olunub - VİDEO
Şəmkirdə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb - FOTO
Merz ABŞ-ı Almaniyadakı seçkilərə müdaxilə etməməyə çağırıb
ABŞ xarici yardımlarda özəl investisiyalara üstünlük vermək istəyir
Prezidentin Şuşa Forumunda bəyanatı ciddi siqnaldır, indi seçim Avropa Şurasınındır - RƏY
Bəqai: İran hazırda ABŞ ilə danışıqlar aparmağı planlaşdırmır
Mərdəkanda 22 yaşlı oğlan dənizdə batıb
ABŞ Rusiya və İranda bir sıra qurum və şəxslərə sanksiya tətbiq edib
ABŞ İranın Henqam adasına zərbələr endirib
Samuxda 7-si azyaşlı olmaqla 10 nəfər zəhərlənib, araşdırma aparılır- YENİLƏNİB-1
Tramp: İsrailin Livan və Suriyadan çıxması yaxşı olardı
Türkmənistan Prezidenti Gürcüstana səfər edəcək
Milli Məclisin sədri Slovakiya Prezidenti ilə görüşüb
Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb
Rusiya XİN: Ukraynadakı xarici hərbi kontingentlər qanuni hədəf olacaq
Slovakiya Prezidenti “Sea Breeze”lə tanış olub
“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub - FOTO
CENTCOM: İrana tətbiq olunan blokadanı yarmağa çalışan iki gəmi istiqamətini dəyişib
ADA Universitetinin dekanı Balaxanı neftçiləri ilə konstitusiya hüquq və azadlıqları ilə bağlı müzakirə keçirib
Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq
Şirkətin 1,4 milyon manatını mənimsəməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
ƏƏSMN: İcbari tibbi sığorta üzrə xidmətlər tam rəqəmsallaşdırılır
Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
İranın xarici işlər naziri Qətərə gedib
DPA: Drezdendə silahlı şəxs polislərə atəş açıb