Bank Of Baku

DSK sədrləri üçün bir həftəlik kurs keçiriləcək

DSK sədrləri üçün bir həftəlik kurs keçiriləcək
# 03 sentyabr 2009 09:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na uyğun olaraq sentyabrın 7-də Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün kurslar keçiriləcək. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, kurslar Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təşkil olunacaq və sentyabrın 12-nə qədər davam edəcək. Kurslarda 125 DSK sədri iştirak edəcək. A. Sarıyevin sözlərinə görə, kurslar zamanı DSK sədrlərinə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclisin komitə sədri Arif Rəhimzadə, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, ədliyyə naziri Fikrət Məmmədov, Seçki Sistemləri üzrə Fondun (İFES) Bakı nümayəndəliyinin rəhbəri Daniel Blessinqton, baş prokuror Zakir Qaralov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, daxili işlər naziri Ramil Usubov, MSK-nın üzvləri, şöbə müdirləri mühazirələr deyəcəklər. Kursun sonunda DSK sədrlərinə sertifikatlar təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR