Bank Of Baku

Mübariz Əhmədoğlu: “ABŞ Türkiyəyə təzyiq etdi ki, Qarabağdan vaz keçməklə Ermənistanla münasibətləri normallaşdırsın”

Mübariz Əhmədoğlu: “ABŞ Türkiyəyə təzyiq etdi ki, Qarabağdan vaz keçməklə Ermənistanla münasibətləri normallaşdırsın”
# 03 sentyabr 2009 10:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Siyasi Texnologiya və İnnovasiya Mərkəzi avqust ayında dünyada, regionda və Azərbaycanda baş verən əhəmiyyətli ictimai-siyasi hadisələrlə bağlı aylıq analitik hesabatını açıqlayıb. APA-nın məlumatına görə, mərkəzin rəhbəri Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında bildirib ki, avqustun sonunda Türkiyə ilə Ermənistan arasında razılaşdırılan protokollar gündəmi tamam dəyişib. Bu prosesin Azərbaycan üçün xüsusilə aktual olduğunu söyləyən politoloq deyib ki, razılaşma məhz ABŞ-ın təzyiqi ilə baş tutub: “ABŞ Türkiyəyə təzyiq etdi ki, Qarabağdan vaz keçməklə Ermənistanla münasibətləri normallaşdırsın. Əlbəttə ki, Azərbaycanın özünün də kifayət qədər gücü var, amma arzu edirdik ki, belə bir razılaşma olmasın və ermənilərin əlinə yeni fürsət düşməsin. Ermənilər hər zaman bu cür durumlardan öz maraqları naminə istifadə ediblər”.

M. Əhmədoğlunun sözlərinə görə, ortada kifayət qədər ciddi protokollar var, orada konkret öhdəliklər nəzərdə tutulur və bu da Azərbaycanda narahatlıq yaradır. Politoloqun fikrincə, müharibənin başlanması ehtimalı artıb: “Yalnız iki məsələ müharibənin qarşısını ala bilər: Yaxın vaxtlarda BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 5-ci qətnaməsinin qəbul olunması və Kişinyov görüşü ərəfəsində Madrid prinsipləri üzərində çərçivə sazişinin imzalanması. Ancaq bu gün ermənilər özlərini müharibəyə sürükləyirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR