Bank Of Baku

AMİP Siyasi Şurası bələdiyyə seçkilərinə hazırlıq işlərini müzakirə edəcək

AMİP Siyasi Şurası bələdiyyə seçkilərinə hazırlıq işlərini müzakirə edəcək
# 03 sentyabr 2009 10:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Sentyabrın 5-də Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının qarşıdan gələn bələdiyyə seçkilərinə həsr olunmuş iclas keçirəcək. Partiyanın sədr əvəzi Fuad Muxtarov APA-ya bildirib ki, toplantıda bələdiyyə seçkilərində iştirakla bağlı bütün məsələlər detalları ilə müzakirə olunacaq və səlahiyyət bölgüsü aparılacaq. F. Muxtarov bildirib ki, partiya seçkilərlə bağlı bütün yerli təşkilatlara müraciət edib və namizədləri müəyyənləşdirməyi tapşırıb: “Biz imkan daxilində bütün bələdiyyələrdən namizəd irəli sürməyə çalışacağıq. Bu mümkün olmasa yerindən asılı olaraq başqa təşkilatı təmsil edən daha güclü namizədlərlə işləyəcəyik, onlara dəstək verəcəyik. Artıq nəzəri baxımdan hazırlıqları başa çatdırmışıq, sadəcə praktiki işlər həyata keçməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR