Bank Of Baku

Azərbaycan prezidenti Hacıqabulda kərpic zavodunun açılışında iştirak edib

Azərbaycan prezidenti Hacıqabulda kərpic zavodunun açılışında iştirak edib
# 03 sentyabr 2009 11:19 (UTC +04:00)
Hacıqabul - APA. Hacıqabulda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 3-də kərpic zavodunun açılışında iştirak edib. APA-nın məlumatına görə, ümumi sahəsi 5 hektar olan zavod müasir avadanlıqla təchiz olunub, Yaponiya, İtaliya, Almaniya, Polşa və Çexiya istehsalı olan son model avadanlıqlar quraşdırılıb. Zavodun illik istehsal gücü 30 milyon şərti kərpicdir. Burada gündə 8 növdə 300 ton bişmiş kərpic istehsal edilir. Gələcəkdə məhsulun çeşidinin artırılması nəzərdə tutulur.
Zavodda 75 nəfər daimi işlə təmin olunub.

Dövlət başçısı zavodu işə salıb, müəssisə ilə yaxından tanış olub, istehsal prosesini izləyib.

Prezident İ. Əliyev sonra müəssisənin kollektivi ilə görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR