Bank Of Baku

Əli Əhmədov Kuba səfiri ilə görüşüb

Əli Əhmədov Kuba səfiri ilə görüşüb
# 03 sentyabr 2009 16:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marsello Kabalyero Torres ilə partiyanın mənzil-qərargahında görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycan-Kuba münasibətlərinin mövcud səviyyəsi və perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb, ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi imkanları qeyd olunub. Ə. Əhmədov prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin son illərdə əldə etdiyi sosial-iqtisadi uğurlar, ictimai həyatın bütün sahələrində qazanılan ardıcıl nailiyyətlər, YAP-ın fəaliyyəti barədə diplomata geniş məlumat verib. Marsello Kabalyero Torres Kubanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli prinsipini birmənalı olaraq dəstəklədiyini vurğulayıb. Görüşdə YAP icra katibinin müavini Mübariz Qurbanlı da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR