Bank Of Baku

Türk ordusunun Gəncəyə daxil olmasının 91 illiyi anılıb – FOTO

Türk ordusunun Gəncəyə daxil olmasının 91 illiyi anılıb – <font color=red>FOTO </font>
# 04 sentyabr 2009 12:47 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar – APA. Bu gün Gəncədə Nuru Paşanın komandanlığı altında Osmanlı İmperiyasının Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 91-ci ildönümü ilə bağlı konfrans keçirilib. APA-nın qərb bürosunun məlumatına görə, konfrans Türkiyə səfirliyinin və Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TÜMİB) təşkilatçılığı ilə baş tutub. Türkiyə səfirliyinin tanıtma və mədəniyyət müşaviri Melda Araz, TÜMİB sədri Çingiz Babayev, politoloq Musa Qasımlı və bir çox yerli ziyalıların da qatıldığı tədbir Gəncə şəhər mərkəzi meydanında H. Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. Sonra iştirakçılar Cavad xanın məqbərəsini, milli istiqlalımızın təməlinin qoyulduğu tarixi binanı, Nuru Paşanın oradakı iş otağını ziyarət ediblər.

Aqrar Universitetin akt zalında keçirilən konfransda çıxış edən M. Araz 1918-ci ildə Türkiyənin Azərbaycana hərbi dəstəyini də, bugünkü konfransı da Türkiyə-Azərbaycan qardaşlığının təbii tələbatı kimi dəyərləndirib. Politoloq M. Qasımlı, Aqrar Universitetin tarix kafedrasının müəlliməsi Məleykə Əlizadə isə çıxışlarında o dövrün hadisələrinə bir daha qayıdaraq Nuru Paşa və onun komandanlığı altında Gəncəyə daxil olan ordunun Azərbaycanın sonrakı taleyində oynadığı roldan danışıblar. Sonda “Space” telekanalının müxbiri Zakir Muradovun çəkdiyi, Nuru Paşanın komandanlığı altında Gəncədən Bakıya yürüş edən Azərbaycan-Türkiyə ordu birləşmələri üçün yazılmış marşın tarixçəsi barədə sənədli film nümayiş etdirilib. Marşın musiqisi mayestro Fikrət Əmirovun atası, tarzən Məşədi Cəmil Əmirova, sözləri isə bu mətni qələmə alarkən 16 yaşında olan Salman Əhmədliyə aiddir. Z. Muradovun filmində marşı Salman Əhmədlinin oğlu Bəşir Əhmədov ifa edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR