Bank Of Baku

Azad Rəhimov: “Qarabağ Azadlıq Təşkilatının mövqeyini bölüşürəm”

Azad Rəhimov: “Qarabağ Azadlıq Təşkilatının mövqeyini bölüşürəm”
# 04 sentyabr 2009 13:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Mən Qarabağ Azadlıq Təşkilatının mövqeyini başa düşürəm və bir insan kimi bu mövqeyi bölüşürəm”. APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Qarabağ Azadlıq Təşkilatının (QAT) Azərbaycan cüdoçularının Ermənistanda keçirilən Avropa çempionatına qatılmamaları ilə bağlı tələbinə münasibət bildirərkən deyib. Nazir bildirib ki, QAT rəhbərliyi onunla görüşə cəhd edərkən Bakıda olmayıb və buna görə də görüş baş tutmayıb: “Bu təşkilatın rəhbərliyi ilə görüşə hazıram. Amma burada dövlət siyasəti var və biz idmançılarımızı Ermənistana göndərməklə heç nə itirmirik. Əksinə idmançılarımız orada iştirak edib qızıl medal qazanacaqlarsa, Ermənistanda Azərbaycanın bayrağı qaldırılacaqsa, himni səslənəcəksə, bu bizim üçün uğurdur. Digər tərəfdən bu çempionat Ermənistanın tədbiri deyil, Avropa Cüdo Federasiyanın təşkil etdiyi bir tədbirdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR