Bank Of Baku

Azad Rəhimov: ““Eurovision-2009”-da erməni ifaçılarına səs göndərmiş Azərbaycan vətəndaşlarına təzyiq göstərilməsi barədə məlumatlar siyasi oyundur”

Azad Rəhimov: ““Eurovision-2009”-da erməni ifaçılarına səs göndərmiş Azərbaycan vətəndaşlarına təzyiq göstərilməsi barədə məlumatlar siyasi oyundur”
# 04 sentyabr 2009 14:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. ““Eurovision – 2009” yarışmasında erməni ifaçılarına səs göndərmiş Azərbaycan vətəndaşlarının guya Milli Təhlükəsizlik Nazirliyinə çağırılaraq sorğu-sual edilməsi barədə məlumatlar siyasi oyundur”. APA-nın məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, yarışmadan sonra Azərbaycanda heç kim hansısa idarəyə çağırılmayıb və heç kimə təzyiq göstərilməyib: “Bəlli olur ki, ermənilərə səs göndərən 43 nəfərin içərisində Rövşən Nəsirlidən başqa heç kim MTN-də olmayıb. Mən inanmıram ki, MTN əməkdaşları əllərində 43 nəfərlik siyahı ilə gəzirlər. Rövşən Nəsirli isə vəkilsiz, bir zəng olan kimi qaçaraq MTN-ə gedib və onu orada sorğu-sual ediblər. Bu, tam şəkildə onun tərəfindən həyata keçirilən siyasi oyundur”.

Nazir bildirib ki, MTN belə bir araşdırmaya başlasaydı, o zaman səs göndərənlərin ən azı yarısı sorğu-sual edilərdi: “Nəyə görə yalnız bir nəfər çağırılıb və bütün dünya da onun bu açıqlamasından sonra ayağa qalxıb”.

A. Rəhimovun sözlərinə görə, bu məsələlər ortaya çıxdıqdan sonra ermənilərin əlinə fürsət düşüb: “Azərbaycan üçüncü yerə çıxmışdı və ermənilər bunu həzm edə bilmirdilər. İndi səs-küy qaldırmaq üçün əllərinə imkan düşüb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR