Bank Of Baku

YAP-ın bələdiyyə seçkiləri ilə bağlı konsepsiyası hazırlanıb

YAP-ın bələdiyyə seçkiləri ilə bağlı konsepsiyası hazırlanıb
# 05 sentyabr 2009 08:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Yeni Azərbaycan Partiyasının (YAP) bələdiyyə seçkiləri ilə bağlı konsepsiyası artıq hazırlanıb. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında YAP sədrinin müavini, partiyanın icraçı katibi Əli Əhmədov bildirib. Sədr müavini deyib ki, bələdiyyə seçkiləri yerli özünü idarə orqanlarına seçkilər olduğundan YAP-ın bütün yerli təşkilatları seçkilərlə bağlı hazırlığa start veriblər: “Artıq bölgələrdə seçki qərargahları yaradılıb və bizim müəyyənləşdirdiyimiz konsepsiyanın həyata keçirilməsi istiqamətinsə addımlar atılır. Apardığımız təhlillər nəticəsində belə məlum olub ki, bələdiyyələrdə gənclər həddən artıq az təmsil olunurlar. Azərbaycan gənclərinin, o cümlədən YAP-ın fəal gənclərinin bələdiyyə seçkilərində fəal iştirak etməyə mənəvi haqqı və hazırlıqları var”.
Bələdiyyələrdə qadınların da sayının az olduğunu aşkar etdiklərini bildirən Ə. Əhmədov bələdiyyələrdə təkmilləşmə prosesi getdiyindən seçkilərdə əsas şüarlarının Azərbaycan bələdiyyələrinin xalqa xidmətinin səviyyəsi və keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı olacağını açıqlayıb: “İnanıram ki, seçkilərin nəticələri YAP üçün uğurlu olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR