Prezident: “Azərbaycan hətta böhranlı 2009-cu ildə belə maddi sıxıntılar yaşamır”
Bütün bunların təməlində Azərbaycanın neft strategiyasının dayandığını qeyd edən dövlət başçısı Dövlət Neft Şirkətinin (ARDNŞ) xarici tərəfdaşlarla uğurlu əməkdaşlığının bugünkü reallıqları yaratdığını vurğulayıb: “Azərbaycan fəxr edir ki, biz dünyada müstəqil siyasət aparırıq. Bu, həqiqətən də belədir. Artıq bütün dünya bunu bilir və bu, hər bir ölkə üçün ən vacib məsələdir. Biz bu müstəqil siyasəti nəyin hesabına apara bilirik? İlk növbədə, ona görə ki, biz iqtisadi cəhətdən müstəqilik. Biz heç kimdən asılı deyilik. Biz öz hesabımıza yaşayırıq. Azərbaycan xalqının yaratdığı maddi imkanlar, dəyərlər hesabına yaşayırıq”.
Prezident iqtisadi müstəqilliyin Azərbaycana siyasi müstəqillik verdiyini də vurğulayıb: “Biz öz sözümüzü qətiyyətlə deyir, bölgədə yaşanan proseslərə daim öz münasibətimizi bildiririk. Artıq bölgədə Azərbaycanın maraqları nəzərə alınmadan heç bir təşəbbüs reallaşa bilməz. Bu, artıq reallıqdır və bu reallığı biz özümüz yaratmışıq. Nə iqtisadi, nə siyasi, nə enerji, nə nəqliyyat sahəsində heç bir layihə icra oluna bilməz. Azərbaycan bölgənin çox güclü ölkəsinə çevrilib və bu müstəqil siyasəti aparmaq üçün, ilk növbədə, iqtisadi imkanlar bizim üçün şərait yaradır. Əgər ancaq iqtisadi imkanlar olsaydı və başqa amillər olmasaydı, müstəqil siyasət aparmaq, Azərbaycan xalqının maraqlarını tam şəkildə qorumaq bizim üçün yenə də çətin olardı. Bizdə iqtisadi müstəqilliklə bərabər çox güclü siyasi iradə var. Biz prinsipial mövqedən yanaşırıq. Azərbaycan xalqının maraqlarını bütün sahələrdə və istənilən formada müdafiə edirik. Bu amillərin sintezi Azərbaycanın hərtərəfli inkişafı üçün şərait yaradır. Azərbaycanı dünya miqyasında böyük hörmətə malik olan ölkə kimi tanıdır və ən önəmlisi Azərbaycan xalqının rifah halının yaxşılaşmasına xidmət göstərir”.
Prezident bir müddət əvvəl neftin qiymətində müşahidə olunan ucuzlaşmaya diqqət çəkib: “Neftin qiyməti qısa müddət ərzində 140 dollardan 37 dollara düşüb. Azərbaycanda bir adam bunu hiss elədi? Halbuki dövlət büdcəmiz - bu ilin büdcəsində neftin qiyməti 70 dollardan hesablanıb. Bir adam bunu hiss etmədi. Nə üçün? Çünki birincisi, Azərbaycan dövlətinin güclü sosial siyasəti var və bu sosial məsələlərin həlli prioritetdir. İkincisi, Azərbaycanın iqtisadiyyatı artıq təkcə neft-qazdan asılı deyil. Neft sənayesindən əldə edilən gəlirlərin ağılla və böyük səmərə ilə qeyri-neft sektoruna yatırılması nəticəsində Azərbaycanda kənd təsərrüfatı, tikinti, emal sektoru sürətlə inkişaf edir. Bu gün biz artıq ərzaq təhlükəsizliyinin böyük hissəsini həll etmişik. Azərbaycan özünü əsas ərzaq məhsulları ilə demək olar ki, maksimum dərəcədə təmin edir”.
Dövlət başçısı 2009-cu il bütün ölkələr üçün sınaq ili olduğunu bildirib: “2009-cu ilə qədər mənzərə o qədər də aydın deyildi, kim nəyə qadirdir. Məhz ən ağır, ən çətin sınaq ili olan 2009-cu ildə Azərbaycan göstərdi ki, dünyada nadir ölkələrdəndir. Azərbaycanda iqtisadiyyat, sənaye istehsalı, kənd təsərrüfatı artır, milli valyuta sabitdir, inflyasiya iki faizdir. Bütün bunlar görülən işlərin nəticəsidir”.
Daxili siyasət
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Xəbər Lenti
"Qalatasaray" Mauro İkardi ilə yollarını ayırıb
DÇ-2026: Argentina yarımfinala yüksəlib
Vens: İsraildə ABŞ-İran müharibəsinin uzanmasını istəyən qüvvələr var
Tramp: İrana qarşı zərbələrin genişləndirilməsi ilə bağlı son tarix müəyyən etməmişəm
Vens: ABŞ İranda hakimiyyəti dəyişmək üçün quru əməliyyatı keçirməyəcək
Küveyt İranın raket və PUA-larını zərərsizləşdirdiyini açıqlayıb
İranın üç şəhərində partlayışlar baş verib
ABŞ İrana qarşı növbəti zərbə dalğasına başlayıb
Qalibaf: ABŞ-la memorandumun şərtlərinə əməl etmək üçün əsas görmürük
Zelenski: Rusiya ballistik raketlərinə qarşı üç istiqamətdə işləyirik
Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini yenə təsdiqləyə bilməyib
Qalibaf: ABŞ İranı zəiflətməyə və parçalamağa çalışır
Euronews: IV Şuşa Qlobal Media Forumunda jurnalistikanın gələcəyi müzakirə olunub - VİDEO
Şəmkirdə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb - FOTO
Merz ABŞ-ı Almaniyadakı seçkilərə müdaxilə etməməyə çağırıb
ABŞ xarici yardımlarda özəl investisiyalara üstünlük vermək istəyir
Prezidentin Şuşa Forumunda bəyanatı ciddi siqnaldır, indi seçim Avropa Şurasınındır - RƏY
Bəqai: İran hazırda ABŞ ilə danışıqlar aparmağı planlaşdırmır
Mərdəkanda 22 yaşlı oğlan dənizdə batıb
ABŞ Rusiya və İranda bir sıra qurum və şəxslərə sanksiya tətbiq edib
ABŞ İranın Henqam adasına zərbələr endirib
Samuxda 7-si azyaşlı olmaqla 10 nəfər zəhərlənib, araşdırma aparılır- YENİLƏNİB-1
Tramp: İsrailin Livan və Suriyadan çıxması yaxşı olardı
Türkmənistan Prezidenti Gürcüstana səfər edəcək
Milli Məclisin sədri Slovakiya Prezidenti ilə görüşüb
Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb
Rusiya XİN: Ukraynadakı xarici hərbi kontingentlər qanuni hədəf olacaq
Slovakiya Prezidenti “Sea Breeze”lə tanış olub
“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub - FOTO
CENTCOM: İrana tətbiq olunan blokadanı yarmağa çalışan iki gəmi istiqamətini dəyişib
ADA Universitetinin dekanı Balaxanı neftçiləri ilə konstitusiya hüquq və azadlıqları ilə bağlı müzakirə keçirib
Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq
Şirkətin 1,4 milyon manatını mənimsəməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
ƏƏSMN: İcbari tibbi sığorta üzrə xidmətlər tam rəqəmsallaşdırılır
Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
İranın xarici işlər naziri Qətərə gedib
DPA: Drezdendə silahlı şəxs polislərə atəş açıb
Tramp Rusiyanın yaxın zamanda Ukrayna ilə razılaşma əldə etməyə hazır olduğunu bildirib
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasına dəyişiklik edilib
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
CENTCOM: 90 dəqiqəlik əməliyyatda İranın Böyük Tonb adasında hərbi obyektlər hədəfə alınıb - YENİLƏNİB
İnsan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib - SƏRƏNCAM
Azərbaycanın neft məhsullarının ixracından gəlirləri 2,7 dəfə artıb
TRIPP fonduna rus əsilli amerikalı investor rəhbər təyin edilib
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
İdarə rəisi: İlk elektron diplom artıq təqdim edilib
Azərbaycan bu il 10-dan çox ölkəyə 6 mlrd. dollarlıq neft ixrac edib - SİYAHI
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib