Bank Of Baku

Əli Həsənov: “Azərbaycanın milli-mədəni dəyərlərinin qorunmasında televiziyaların rolu böyükdür”

Əli Həsənov: “Azərbaycanın milli-mədəni dəyərlərinin qorunmasında televiziyaların rolu böyükdür”
# 06 noyabr 2009 10:06 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Azərbaycanın milli-mədəni dəyərlərinin qorunmasında, Azərbaycan dilinin, Azərbaycanın ictimai həyatının dəyərlərinin inkişafında televiziyaların rolu böyükdür”. APA-nın məlumatına görə bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O, müstəqil dövlət quruculuğu prosesinin telekanallardan kənar təsəvvür edilməsinin mümkün olmadığını deyib: “Biz müstəqil dövlət quruculuğu prosesini milli teleradio məkanında fəaliyyət göstərən, efir məkanında fəaliyyət göstərən jurnalistlərimizdən, teleradio işçilərindən, teleradio kompaniyalarından kənarda təsəvvür etmirik. Ona görə də ümid edirik ki, teleradio kompaniyaları respublikada həyata keçirilən prosesləri, ictimai-siyasi həyatın dəyərlərini, ölkəmizin beynəlxalq aləmdə mövqelərini, Azərbaycanla bağlı ölkə daxilində və kənarda baş verən hadisələri obyektiv işıqlandıracaqlar, ictimaiyyətimizi obyektiv, operativ informasiya ilə tanış edəcəklər. Bu yolda bütün teleradio kompaniyalarına uğurlar arzu edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR