Bank Of Baku

“Türkiyə-Ermənistan yaxınlaşması Azərbaycanı nəyə yaxın edir və nədən uzaqlaşdırır” mövzusunda ekspert müzakirəsi keçirilib

“Türkiyə-Ermənistan yaxınlaşması Azərbaycanı nəyə yaxın edir və nədən uzaqlaşdırır” mövzusunda ekspert müzakirəsi keçirilib
# 06 noyabr 2009 10:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. İqtisadi Tədqiqatlar Mərkəzi və Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) “Türkiyə-Ermənistan yaxınlaşması Azərbaycanı nəyə yaxın edir və nədən uzaqlaşdırır” mövzusunda ekspert müzakirəsi təşkil edib. APA-nın məlumatına görə, tədbirə ayrı-ayrı araşdırma mərkəzlərinin rəhbərləri, millət vəkilləri, politoloq və iqtisadçılar qatılıb.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu “Türkiyə-Ermənistan-Azərbaycan üçbucağında baş verənlər: səbəblər, nəticələr, ehtimallar və iqtisadi baxış” mövzusunda çıxış edib. O, hazırda Cənubi Qafqazda yerləşən üç dövlətin iqtisadi göstəricilərini iştirakçıların diqqətinə çatdırıb. Xarici borclar məsələsinə toxunan ekspert Ermənistanın ötən illərlə müqayisədə xarici borclarının artdığını və 2010-cu ildə bu borcun məbləğinin 46 milyard dollar olacağını deyib. Lakin Türkiyə ilə sərhəd açılarsa, Ermənistanın iqtisadi imkanları artacaq.

QAFSAM-ın sədri Araz Aslanlı isə “Türkiyə-Ermənistan-Azərbaycan üçbucağında baş verənlər: səbəblər, nəticələr, ehtimallar və siyasi baxış” mövzusunda çıxış edib. Onun fikrincə, son proseslərdə Azərbaycan ictimaiyyətinin məsələyə münasibəti sərfəli, rəsmi reaksiya isə zərərli olub.

Tədbirdə iştirakçıların məsələ ilə bağlı bir sıra sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR