Bank Of Baku

“Xəzər dənizi regionunun təhlükəsizlik məsələləri” mövzusunda dəyirmi masa keçirilib

“Xəzər dənizi regionunun təhlükəsizlik məsələləri” mövzusunda dəyirmi masa keçirilib
# 06 noyabr 2009 10:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Xəzər – gələcək Naminə Tərəfdaşlıq” İctimai birliyinin təşkilatçılığı ilə “Xəzər dənizi regionunun təhlükəsizlik məsələləri” mövzusunda bu gün dəyirmi masa keçirilib. APA-nı məlumatına görə, tədbirdə çıxış edən birliyin sədri, politoloq Rüstəm Məmmədov son illərdə Xəzər dənizini ətrafında gedən proseslər, Xəzərin statusunun müəyyən olunması ilə bağlı danışıqlar barədə iştirakçılara məlumat verib. Regionun təhlükəsizliklə bağlı bir sıra problemlərini olduğunu deyən politoloq bunu Xəzərətrafı dövlətlərin birbaşa milli təhlükəsizliyi və suverenliyi ilə bağlı olduğunu vurğulayıb: “Bu regiondakı təhlükələr təkcə region ölkələri ilə bağlı deyil. Dünyanı aparıcı bir sıra dövlətləri üçün də bu təhlükələr kifayət qədər önəmlidir. Çünki həmin dövlətlər Xəzərin enerji ehtiyatlarından geniş istifadə edirlər və bu region onlar üçün çox önəm daşıyır”.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti Vəli Əlibəyov isə bildirib ki, son 2 ildə Xəzər dənizinin yer quruluşunda ciddi yerdəyişmələr baş verir. Onun sözlərinə görə, Sovet ittifaqı dağılana qədər və ondan sonrakı dövrdə bu bölgədə maraqların bölüşdürülməsi məsələsi aydın deyildi: “Amma son 2 ildə bu proses ciddi şəkildə sürətlənib. Türkiyə-Ermənistan münasibətlərinin son 2 ildə normallaşdırılması istiqamətində atılan addımlar da burada əhəmiyyətli rol oynayır. Türkiyə hakimiyyəti ABŞ və NATO-nun kölgəsindən çıxaraq regionda yeni bir güc kimi ortaya çıxmaq niyyətindədir. Bu məsələnin Türkiyə hakimiyyəti ilə Rusiya arasında razılaşdırılması da ehtimal olunur”. V. Əlibəyov Türkiyə ilə Ermənistan arasında danışıqların aparılmasına baxmayaraq bunu müsbət nəticə verəcəyini düşünmür: “Çünki tarix də göstərib ki, Türkiyə ilə Ermənistanı əməkdaşlıq münasibətləri heç vaxt nəticə verməyib”. Dəyirmi masada iştirak edən digər şəxslər də məsələ ilə bağlı öz fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR