Bank Of Baku

Beynəlxalq Respublikaçılar İnstitutunun ölkə üzrə direktoru Ceyk Cons ADP sədri ilə görüşüb

Beynəlxalq Respublikaçılar İnstitutunun ölkə üzrə direktoru Ceyk Cons ADP sədri ilə görüşüb
# 06 noyabr 2009 11:58 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) ölkə üzrə direktoru Ceyk Cons ADP sədri Sərdar Cəlaloğlu ilə görüşüb. ADP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı BRİ-nin Azərbaycandakı fəaliyyətini dayandırması ilə bağlı məsələ əsas müzakirə predmeti olub. BRİ-nin ölkə üzrə direktoru Ceyk Cons təmsil etdiyi təşkilatın Azərbaycanda fəaliyyətinin dayandırması səbəbləri ilə bağlı ADP sədrinə ətraflı məlumat verib.

ADP sədri isə öz növbəsində BRİ-nin Azərbaycandakı fəaliyyətinin dayandırması xəbərindən məyus olduğunu bildirərək qeyd edib ki, cəmiyyətimizdə apolitik vəziyyətin hökm sürdüyü bir vaxtda demokratik proseslərə dəstəkçi olan BRİ kimi bir nüfuzlu təşkilatın ölkəmizdə fəaliyyətini dayandırması arzuolunmazdır. ADP sədri BRİ-nin Azərbayjanda fəaliyyətinin davam etdirməsi üçün mövcud olan problemlərin aradan qalxacağına ümidvar olduğunu da bildirib. O, həmçinin qeyd edib ki, BRİ Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə ADP ilə sıx əməkdaşlıq edib və bu əməkdaşlıq hər iki tərəf üçün çox faydalı olub.

BRİ rəsmisi də ADP ilə əməkdaşlıqdan məmnun olduğunu bu əməkdaşlığı onlardan asılı olmayan səbəblər üzündən ölkədən gedəcəkləri günədək davam etdirəcəklərini bildirib. Görüşdə həmçinin qarşıdan gələn bələdiyyə seçkiləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı da fikir mübadiləsi də aparılıb. Görüşdə BRİ-nin proqram üzrə məsul şəxsi Elçin Rizayev və ADP sədrinin müavini Taliyət Əliyev də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR