Bank Of Baku

Mixail Zabelin: “Azərbaycan dilini dərindən öyrənməyə başlayacağıq”

Mixail Zabelin: “Azərbaycan dilini dərindən öyrənməyə başlayacağıq”
# 06 noyabr 2009 12:45 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanın Rus İcması ölkənin siyasi həyatında fəal iştirak etməyi qarşısına vəzifə qoyub. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rus İcmasının sədri, deputat Mixail Zabelin deyib. O, hazırda bələdiyyə seçkiləri ilə bağlı kampaniya başladığını, lakin rus əhalinin bu prosesdən bir qədər kənarda qaldığını söyləyib: “Biz gələcəkdə siyasi partiyalarda, sözsüz ki, ilk olaraq Yeni Azərbaycan Partiyasında aktiv iştirak etməyi, istər parlament, istərsə də yerli seçkilərə qatılmağı planlaşdırırıq. Azərbaycanda milli azlıqların hüquqlarını pozan qanun yoxdur, hər kəs seçmə və seçilmə hüququna malikdir”.

İcma rəhbəri digər vacib vəzifələrini də açıqlayıb: “Siyasi həyatda iştirak etmək üçün dövlət dili olan Azərbaycan dilini bilmək lazımdır. İlk növbədə mən özüm olmaqla, Azərbaycanın bütün rus əhalisi, xüsusən də gənclər Azərbaycan dilini dərindən öyrənməyə başlayacağıq. Bu olmadan ictimai-siyasi həyatda iştirak mənasızdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR