Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Çeçenistan prezidenti Ramzan Kadırovu qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Çeçenistan prezidenti Ramzan Kadırovu qəbul edib
# 06 noyabr 2009 14:45 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan Çeçenistan prezidenti Ramzan Kadırovu qəbul edib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Prezident Ramzan Kadırovun Bakıda keçirilən tədbirlərdə iştirakından məmnunluğunu bildirən dövlət başçısı onun Azərbaycana səfərinin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Azərbaycan və çeçen xalqlarının əsrlər boyu davam edən dostluq münasibətlərini yüksək qiymətləndirən prezident İlham Əliyev Çeçenistanda aparılan bərpa, yenidənqurma işlərinin və inkişafın ölkəmizdə izləndiyini bildirib. Dövlət başçısı Azərbaycan ilə Çeçenistan arasında qarşılıqlı fəaliyyət və iqtisadi əlaqələrin inkişafı üçün yeni yolların müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb. Prezident İlham Əliyev Ramzan Kadırovun rəhbərliyi ilə Çeçenistanın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb. Xalqının ən çətin vaxtlarında Azərbaycanın onun həmvətənlərinə sığınacaq verdiyini və yüksək qayğı göstərdiyini yada salan prezident Ramzan Kadırov öz adından və çeçen xalqı adından dövlətimizin başçısına minnətdarlığını bildirib və çeçen xalqının bunu heç vaxt unutmayacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR