Bank Of Baku

Milli Məclis Aparatının rəhbəri Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının dinləyiciləri ilə görüşüb

Milli Məclis Aparatının rəhbəri Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının dinləyiciləri ilə görüşüb
# 06 noyabr 2009 16:36 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının bir qrup dinləyicisi ilə görüşü keçirilib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, S. Mirzəyev müdavimlərə parlamentin fəaliyyəti, qanun yaradıcılığı prosesi, Aparatın müvafiq şöbələrinin işi barədə ətraflı məlumat verib. Aparat rəhbəri deyib ki, Milli Məclisdə dünyanın 72 ölkəsinin parlamentləri ilə dostluq qrupları fəaliyyət göstərir, qanunverici orqanlar arasında belə əməkdaşlıq ölkənin beynəlxalq əlaqələrinin genişlənməsində möhkəmlənməsində mühüm rol oynayır. S. Mirzəyev Milli Məclisin dünyanın 9 ən nüfuzlu beynəlxalq parlament təşkilatının tam hüquqlu və assosiativ üzvü olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR